Zelenskinin dizayneri azərbaycanlı imiş… – dünyaya mesaj – Foto

Zelenskinin dizayneri azərbaycanlı imiş… – dünyaya mesaj – Foto

Ukrayna Prezidenti Volodimir Zelenskinin dizayneri Elvira Həsənova dövlət başçısının qalmaqalla yadda qalan ABŞ səfərində geyindiyi geyim tərzini şərh edib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, o bu barədə “Financial Times” qəzetinə müsahibəsində danışıb.

“Onun geyiminin mahiyyəti sadəcə zahiri görkəm üçün deyil. Bu, Zelenskinin dünyaya mesajının bir hissəsidir və mahiyyəti onun xalqının yanında olduğunun isbatıdır… O, müharibə dövrünün lideridir. Müharibə dövründə siyasətçilərə belə kostyumlar lazım deyil. Əsgərlərimiz döyüşəndə, insanlarımız sığınacaqda olanda kostyum geyinə bilmərik. Bu, seçim dəbdən daha çox şey ifadə edir. Bu tərz Ukrayna liderinin bir növ ünsiyyət vasitəsidir”.

Xatırladaq ki, Ağ Evdə keçirilən qalmaqallı Tramp-Zelenski görüşü zamanı Ukrayna Prezidentinin geyim tərzi tənqid edilib və Tramp ona “sənin ümumiyyətlə kostyumun var?” sualı ünvanlayıb.

Editor

Related Posts