Ölkə əhalisinin sayı ilin əvvəlindən 2 min 935 nəfər və ya 0,03 faiz artaraq 2025-ci il fevral ayının 1-i vəziyyətinə 10 milyon 227 min 824 nəfərə çatıb.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, əhalinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.