Today Cümə, 11th Aprel 2025
Birinci 24

Birinci 24

ADY: Bakı-Tbilisi-Bakı dəmir yolu reysi ilə bağlı yekun qərar yoxdur

ADY: Bakı-Tbilisi-Bakı dəmir yolu reysi ilə bağlı yekun qərar yoxdur

Bakı-Tbilisi-Bakı dəmir yolu reysinin açılması ilə bağlı hələ ki qərar yoxdur.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yollarının (AYD) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov məlumat verib. 

O, reysin mayın 1-dən açılması ilə bağlı Gürcüstan tərəfinin yaydığı məlumata münasibət bildirib. 

“Açılış barədə xəbər yoxdur. Qonşu tərəf bununla bağlı açıqlama vermişdi. Biz də bununla bağlı məlumat gözləyirik. Yekun qərar olandan sonra, biz işlərimizi tamamlaya bilərik”, – Azər Fərəcov qeyd edib.

Azərbaycanda 2020-ci il martından qonşu ölkələrlə quru sərhədlər bağlıdır. 

Əvvəllər buna səbəb kimi isə COVİD 19 pandemiyasından qorunmaq göstərilirdi.  

Müstəqil ekspertlər, müxalifət partiyaları, tənqidçilər bunun COVİD-lə bağlı olmadığını, altında başqa məqsədlər olduğunu söyləyirlər.

Prezident İlham Əliyev 2024-cü il sentyabrın 23-də Milli Məclisdə çıxışı zamanı quru sərhədlərin bağlı qalmasını təhlükəsizliklə əlaqələndirib.

Gürcüstan 2021-ci il iyunun 1-dən bütün quru sərhədlərini açıb.

Editor

Related Posts