Azərbaycan Ordusunun mövqelərinin fasilələrlə atəşə tutulduğu deyilir.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə martın 18-də Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirir ki, martın 17-si saat 22:15-dən martın 18-i saat 00:20-dək
Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa, Qarakilsə rayonunun Saybalı və Çənbərək rayonunun Vaqan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Ermənistan Müdafiə Nazirliyi isə atəşkəsin pozulması ilə bağlı məlumatın həqiqətə uyğun olmadığını bildirib.
Vurğulanır ki, Baş nazirin ofisi atəşkəs rejiminin pozulması hallarının və ya onlar haqqında məlumatların araşdırılması üçün Azərbaycana birgə mexanizm yaradılmasını təklif edib. Lakin Azərbaycan hələlik Ermənistanın bu təklifinə cavab verməyib.
MN martın 16-sı axşam saatlarında da atəşkəsin pozulması barədə məlumat yaymışdı.
Bildirilirdi ki, saat 20:10-dan 20:45-dək Ermənistan silahlı qüvvələri Gorusun Burun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən atıcı silahlardan bir neçə dəfə atəşə tutublar.
Martın 13-ü Azərbaycan və Ermənistan xarici işlər nazirlikləri iki ölkə arasında uzun müddətdir müzakirə olunan sülh razılaşmasının son bəndləri üzərində də razılıq əldə olunduğunu açıqlayıb.
Bu qərar beynəlxalq ictimaiyyət tərəfindən alqışlanlıb.
Ama son günlər Azərbaycan MN atəşkəs pozulmasilə bağlı məlumatlar paylaşıb.
Bu yaxınlarda Azərbaycan hökumətinə yaxınlığı ilə bilinən “Caliber.az” nəşri Ermənistanın önümüzdəki aylarda müharibəyə hazırlaşdığını yazmışdı. Xəbər Ermənistan mətbuatı tərəfindən Azərbaycanın “Zəngəzur dəhlizi” üstündə müharibəyə hazırlaşdığı və bunun üçün zəmin yaratdığı kimi şərh olunmuşdu.
Azərbaycan hökumətinin “Zəngəzur dəhlizi” olaraq təqdim etdiyi nəqliyyat yolu ölkəni Ermənistanın cənubu üzərindən Naxçıvana birləşdirməyi hədəfləyir. Ermənistan hökuməti yolun açılmasına razılıq verdiyini desə də, yoldan keçəcək sərnişin və yüklərin gömrük yoxlanışından keçməsində israr edir. Azərbaycan tərəfi isə yolda heç bir maneələrin olmamasını istəyir.