Today Bazar ertəsi, 9th İyun 2025
Birinci 24

Birinci 24

İsrail iki aylıq fasilədən sonra Qəzza zolağını bombalayır

İsrail iki aylıq fasilədən sonra Qəzza zolağını bombalayır

İsrail ordusu iki aylıq fasilədən sonra fələstinlilərin yaşadığı Qəzza zolağını bombalamağa davam edir. 

Birinci24 informasiya agentliyi xəbər verir ki, yanvarın 19-dan bu yana olan ən böyük hücum dalğası nəticəsində Qəzzada 400-dən çox insanın öldüyü deyilir. 

İsrail Müdafiə Qüvvələri yanvarın 19-da qüvvəyə minən atəşkəsi uzatmaq haqda danışıqların nəticə verməməsindən sonra bombalama əməliyyatına davam etdiyini bildirib. 

İsrail tərəfinin bildirdiyinə görə “HƏMAS” Qəzzada 24 israillini, habelə 35 nəfərin cansız bədənini girov saxlayır. 

Girovların hüquqlarını müdafiə edən təşkilat isə İsrail hökumətini yeni hücumlar təşkil etməklə girovlardan imtina etməkdə günahlandırır. 

“HƏMAS” İsraili mülki əhaliyə qarşı hücum etməkdə günahlandırıb və vasitəçilərdən atəşkəsi pozduğuna görə İsraili məsul tutmağı tələb edib. 

“HƏMAS”a aid olan səhiyyə nazirliyi xəbərin yazılma anında 413 nəfərin artıq öldüyünü və daha çoxunun bombalanmış bina qalıqları altında olduğunu deyib.

Editor

Related Posts