Today Cümə, 18th Aprel 2025
Birinci 24

Birinci 24

İmamoğlu ilə birgə saxlanılanlar arasında Acunun keçmiş qohumu da var

İmamoğlu ilə birgə saxlanılanlar arasında Acunun keçmiş qohumu da var

Xəbər verdiyimiz kimi, bu gün səhər səhər saatlarında aralarında İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun da olduğu 100-dən çox şəxs saxlanılıb.

Birinci24 informasiya agentliyi Türkiyə mətbuatına istinadla xəbər verir ki, həbs olunanların sırasında Türkiyənin tanınmış iş adamı Acun Ilıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşının bacısı Kübra Subaşı ilə evli olan Merthan Açıl da var.

Mediada yayılan xəbərlərdə bildirilir ki, istintaq çərçivəsində araşdırılan 21 şirkətdən biri də keçmiş futbolçu Merthan Açılın reklam şirkəti olub. Keçmiş futbolçu Merthan Açıl sonuncu dəfə Acunun sahib olduğu İngiltərənin “Hall Siti” komandasında oynayıb. Lakin, 2019-cu ildən sonra qurduğu şirkətlə İstanbul Böyükşəhər Bələdiyyəsinin keçirdiyi tenderlərdə qalib olub.

Bildirilir ki, Merthan Açılın sahibi olduğu “Creative Medya Reklam A.Ş”. konqreslər, toplantılar, mərasimlər, yarmarkalar, seminarlar, konsertlər, festivallar, teatr, sərgilər və təqdimatlar təşkil edir, canlı yayımlar, çəkilişlər, post-production, reklam, dizayn və montaj xidmətləri göstərir. Merthan Açılın rəhbərlik etdiyi şirkət 2023-2024-cü illər arasında İBB-nin törəmə şirkəti olan “Kültür A.Ş.”dən 334 milyon 718 min 500 lirəlik (8,8 milyon dollar) tender alıb.

Editor

Related Posts