20:14
Gəncədə qaz balonu partlayışı nəticəsində yaralananların sayı ikiyə çatıb.
Birinci24 informasiya agentliyi report-a istinadən xəbər verir ki, qaz balonunun partlaması nəticəsində daha bir nəfər – 1966-cı il təvəllüdlü Aidə Ələkbərova da xəsarət alıb.
O, xəstəxanaya çatdırılıb.
Xatırladaq ki, hadisə nəticəsində onun oğlu 1995-ci il təvəllüdlü Abdulla Ələkbərov da xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Hər ikisinin vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
————-
18:48
Gəncədə qaz balonu partlayıb.
Birinci24 informasiya agentliyi xəbər verir ki, hadisə şəhərin Cavad Xan qəsəbəsində baş verib.
Partlayış nəticəsində 1995-ci il təvəllüdlü A. Ələkbərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəstəxanaya yerləşdirilən şəxsin vəziyyəti orta-ağır qiymətləndirilir.