“Azad edilmiş ərazilərdə indi 40 mindən çox insan yaşayır və çalışır”. Bunu prezident İlham Əliyev martın 27-də Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında yeni mənzillərə köçən sakinlərlə görüşündə deyib.
Onun deməsinə görə, ilin sonuna qədər də təqribən 30 min, 40 min insan qayıtmalıdır: “İndi Ağdam rayonunun ilk sakinləri sizsiniz. Amma yaxın aylarda qonşularınız da gələcək, Xıdırlıya, – yəqin ki, görmüsünüz, böyük inşaat işləri gedir, – Kəngərliyə, ilin sonuna qədər Ağdam şəhərinə”.
Baş nazir Əli Əsədovun deməsinə görə, ümumilikdə 2021-2024-cü illərdə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən 17.6 milyard manat, o cümlədən 2024-cü ildə 5.3 milyard manat ayrılıb. 2025-ci ildə 4 milyard manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.