Yasamal rayonunun Alatava qəsəbəsində evləri icazəsiz sökən “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov saxlanılıb.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti martın 28-də məlumat yayıb.
Martın 27-də şirkətə məxsus evakuator içində sakinlər olan evlərin bir hissəsini icazəsiz sökmüşdü.
Söküntünün videoları sosial mediada ictimailəşəndən sonra hadisə ilə əlaqədar cinayət işi açılmış və söküntünü aparan iş icraçısı və ekskavator sürücüsü saxlanılmışdı.