Today Bazar ertəsi, 9th İyun 2025
Birinci 24

Birinci 24

Mərkəzi Bankın valyuta ehtiyatları 628 milyon manat azalıb

Mərkəzi Bankın valyuta ehtiyatları 628 milyon manat azalıb

Bu ilin mart ayında Mərkəzi Bankın valyuta ehtiyatları 34,7 milyon dollar və ya 0,3% artaraq 11 milyard 26,5 milyon dollara yüksəlib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, ötən bir il ərzində valyuta ehtiyatları 627,9 milyon dollar və ya 5,4% azalıb.

Qeyd edək ki, 2024-cü ilin mart ayının sonunda Mərkəzi Bankın valyuta ehtiyatları 11 milyard 654,4 milyon dollar həddində olub.

Məlumat üçün bildirək ki, Mərkəzi Bankın valyuta ehtiyatları 2014-cü ilin iyul ayında tarixi zirvəyə – 15 milyard 193 milyon dollara yüksəlib. Lakin növbəti aydan – avqustdan başlayaraq valyuta ehtiyatlarında azalma müşahidə olunub.

Bu, eyni zamanda 18 aydan sonra qeydə alınan ilk azalma olub. Belə ki, valyuta ehtiyatları 2013-ci ilin fevral ayından sonra heç vaxt aşağı düşməyib. Ən kəskin azalma isə 2014-cü ilin dekabr ayında baş verib – 1 milyard 238 milyon dollar.

Editor

Related Posts