Today Çərşənbə, 16th Aprel 2025
Birinci 24

Birinci 24

Britaniya öz vətəndaşlarına Azərbaycanın Ermənistanla sərhədyanı bölgələrinə getməməyi tövsiyə edib

Britaniya öz vətəndaşlarına Azərbaycanın Ermənistanla sərhədyanı bölgələrinə getməməyi tövsiyə edib

Britaniya Xarici İşlər Nazirliyi (FCDO) ölkə vətəndaşlarına Azərbaycanın cənub-qərbinə – Ermənistanla sərhədyanı bölgələrə getməməyi tövsiyə edib.

Bu barədə məlumat Britaniya hökumətinin saytında məlumat dərc olunub.

Məlumatda bildirilib ki, 2020 və 2023-cü illərdə münaqişədən təsirlənmiş bölgələrə – Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd, Şuşa, Xocalı, Xankəndi, Ağdam və Tərtər rayonlarına getmək tövsiyə olunmur.

Səyahət xəbərdarlığı Azərbaycanın Naxçıvan istiqamətində Ermənistanla sərhədinə aid deyil.

Britaniya Xarici İşlər Nazirliyinin açıqlamasına, hələlik, Azərbaycanın rəsmi qurumları münasibət bildirməyib.

Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb.

2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.

Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.

Çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Editor

Related Posts