Today Çərşənbə, 16th Aprel 2025
Birinci 24

Birinci 24

Paşinyan: Müharibə olmayacaq, sülh olacaq

Paşinyan: Müharibə olmayacaq, sülh olacaq

Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, Azərbaycan və Ermənistan arasında müharibə yox sülh olacaq, çünki müharibə üçün heç bir əsas yoxdur.

Birinci24 informasiya agentliyi xəbər verir ki, baş nazir bunu aprelin 15-də ölkə parlamentində deyib.

Paşinyan bildirib ki, həm Ermənistan, həm də Azərbaycan xalqı sülh içində yaşamağa layiqdir.

O, sülh gündəliyini təhlükə altına qoya biləcək bəyanatlar verməməyə çağırıb.

Ermənistanın baş naziri Azərbaycanla sülh sazişini və ATƏT-in Minsk qrupunun buraxılması haqqında bəyannaməni eyni vaxtda imzalamağı təklif edib.

Onun sözlərinə görə, “Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş” layihəsi razılaşdırılıb, tərəflər imzalanma ilə bağlı müzakirə mərhələsindədirlər:

“Azərbaycan rəsmi səviyyədə sazişin imzalanmasını iki məsələ ilə əlaqələndirir – onlardan biri ATƏT-in Minsk qrupunun strukturlarının buraxılmasıdır. Mən dəfələrlə bəyan etmişəm ki, bu gündəm Ermənistan üçün məqbuldur. Əgər biz Qarabağ münaqişəsi səhifəsini bağlayırıqsa – biz bunu edirik, Qarabağ münaqişəsi ilə məşğul olan strukturun mövcudluğunun nə mənası var?” 

Editor

Related Posts