Today Çərşənbə, 16th Aprel 2025
Birinci 24

Birinci 24

İnsanları oğurlayıb zorla işlədən azərbaycanlı dəstə ələ keçirildi 

İnsanları oğurlayıb zorla işlədən azərbaycanlı dəstə ələ keçirildi 

Rusiyanın Kemerovo vilayətinin müstəntiqləri insanları oğurlamaqda və işgəncə verməkdə, habelə onları qanunsuz olaraq azadlıqdan məhrum etməkdə və qul əməyindən istifadə etməkdə ittiham olunan üç azərbaycanlının işinə baxır.

Birinci24 informasiya agentliyi xəbər verir ki, əvvəllər məhkəmə istintaqın vəsatətinə baxmayaraq, onları həbsə göndərməyib və daha yüngül – müəyyən hərəkətlərə qadağa barədə həbs-qətimkan tədbiri seçib. Lakin istintaq zamanı yeni cinayət epizodları üzə çıxıb və bununla bağlı təqsirləndirilən şəxslərin istintaq təcridxanasına salınması ilə bağlı təkrar vəsatət qaldırılıb.

Müstəntiqlərin araşdırmasına görə, 2012-ci ildən bəri, cinayətkarlar Kuzbass şəhərində evsizlər də daxil olmaqla 9 nəfəri qaçırıb və onlardan əmək kimi istifadə ediblər. Oğurlanan qadınlardan biri qaça bilib. Daha sonra hüquq-mühafizə orqanları digər qurbanların da yerini müəyyənləşdirib. Müəyyən olunub ki, zərərçəkənlər işdən imtina etdikləri üçün onlara qarşı fiziki güc tətbiq edilib. Azad olunanlardan ikisi əvvəllər itkin düşmüş şəxslər siyahısına salınıb.

Editor

Related Posts