Today Çərşənbə, 16th Aprel 2025
Birinci 24

Birinci 24

Bakıda məşhur bazarın ətrafında küçə ticarəti yığışdırıldı – Fotolar

Bakıda məşhur bazarın ətrafında küçə ticarəti yığışdırıldı – Fotolar

Bakının Nizami rayonunda yerləşən “8-ci kilometr” bazarının ətrafındakı küçə ticarəti yığışdırılıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bazar ətrafında yolun piyada və nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulan hissəsində qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslərə qarşı profilaktik tədbirlər görülür.

Qeyd olunub ki, sakinlərin kütləvi müraciəti nəzərə alınaraq “8-ci kilometr” topdansatış bazarının ətrafında neqativ halların aradan qaldırılması məqsədilə polis əməkdaşları tərəfindən yolun hərəkət hissəsində qanunsuz küçə ticarəti yığışdırılıb.

Bildirilib ki, küçə ticarəti ilə məşğul olan şəxslərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq qanunsuz fəaliyyət davam edib. Tədbirlərlə ərazidə olan antisanitar vəziyyət aradan qaldırılıb, yolun zəbt olunan hissələri boşaldılıb, hərəkətə mane olan hallar aradan qaldırılıb.

63KMKbKkphiviRb0Ohbd8PE7rCfH4GSQNeX9DIRw:640
Xek1mq0B604QyisgFas21JYkbeb224uOY8wRsocE:640
JLE6cyEYhS6YbGPif4hM7rT9aB1B7gKVSBYlgZn5:640

Editor

Related Posts