2025-ci ilin sonuna Azərbaycanın dövlət borcunun (xarici və daxili) ümumi məbləğinin 29 milyard manat səviyyəsinə çatacağı gözlənilir.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə aprelin 15-də Maliyyə Nazirliyinin yaydığı açıqlamada bildirilir.
Qeyd edilib ki, ortamüddətli (2026-2029-cu illər) dövrün sonuna Azərbaycan dövlət borcunun ümumi məbləğinin 32.7 milyard manat səviyyəsinə çatacağı proqnozlaşdırılır.
2024-cü ilin sonunda Azərbaycanın dövlət borcu 27 milyard 380 milyon manat açıqlanıb.
Halbuki, bir neçə il öncə rəsmilər çıxışlarında, bir qayda olaraq, vurğulayırdılar ki, hökumətin qarşısına qoyduğu əsas məqsədlərdən biri dövlət borcunu azaltmaqdır.