Bu gün Çərşənbə axşamı, 22 Aprel 2025
Birinci 24

Birinci 24

AXCP üzvü 5 il azadlıqdan məhrum edildi

AXCP üzvü 5 il azadlıqdan məhrum edildi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Mehman Əliyev 5 il müddətinə azadlıqdan məhrum edilib. 

O, Cinayət Məcəlləsinin qanunsuz olaraq narkotik vasitələrin dövriyəsi maddəsi ilə təqsirli bilinib. 

Mehman Əliyev həbsini sifariş adlandırıb.  

AXCP sədri Əli Kərimli öz Facebook səhifəsində yazıb ki, Mehman Əliyev polisin qanunsuz hərəkətini çəkib ictimailəşdirdiyi üçün cəzalandırılıb. 

Onun sözlərinə görə, Mehman Əliyev Şirvan şəhərində qohumu Əli İsayevin zorla polis tərəfindən saxlanılmasına dair videokadrları yaydıqdan sonra həbs edilib. 

Mehman Əliyev ötən il sentyabrın 14-də ittihama etiraz olaraq saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında televiziya pultunun 3 ədəd batareyasını udaraq intihara cəhd etmişdi.

Editor

Bənzər Xəbərlər