Today Çərşənbə, 16th Aprel 2025
Birinci 24

Birinci 24

4 Orta Asiya dövləti Türkiyəni “işğalçı” elan etdi

4 Orta Asiya dövləti Türkiyəni “işğalçı” elan etdi

Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 541 və 550 saylı qətnamələrini dəstəkləyərək Türkiyəni Kiprdə “işğalçı güc” olaraq rəsmən tanıdılar.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bunlar Özbəkistan, Qazaxıstan və Türkmənistanın Şimali Kipr Türk Respublikasında (ŞKTR) Yunanıstan rəhbərliyini tanıyaraq, ora səfir təyin etmələrinin əks-sədası davam etməsi fonunda baş verib.

Bu addım Avropa İttifaqının Mərkəzi Asiya üçün açıqladığı 12 milyard avroluq investisiya paketindən sonra atılıb.

Dörd ölkənin imzaladığı 541 saylı qərarda ŞKTR-nın elan olunması qınanır, hüquqi cəhətdən etibarsız sayılır və digər dövlətlərə ŞKTR-ı tanımamaq və yalnız Rum administrasiyasını tanımaq çağırışı edilir.

550 saylı qərara görə isə, Türkiyə Cümhuriyyəti ilə ŞKTR arasında qarşılıqlı səfir təyinatı “separatçı və qeyri-qanuni hərəkət” kimi pislənir və ləğvi tələb olunur.

Həmçinin bütün ölkələri “bu separatçı addımı tanımamağa, dəstəkləməməyə və ya yardım etməməyə” çağırılır.

Kipr problemi 1974-ci ildə yaranıb.Yunanların dəstəklədiyi çevrilişə görə Türkiyə adanın şimal hissəsinə müdaxilə edib və ada iki hissəyə bölünüb.

Editor

Related Posts