Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Soçi görüşü tamamilə bu məqsədə xidmət edirdi”

“Soçi görüşü tamamilə bu məqsədə xidmət edirdi”

“Soçi bəyanatında prinsipial əhəmiyyətli yenilik yoxdur. Yeni məqam kimi görünən ərazi bütövlüyü, suverenlik, sərhədlərin toxunulmazlığı vurğusu (BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə istinadən) Praqa bəyanatında var idi və onun təkrarıdır”.

Bunu politoloq Şahin Cəfərli ötən gün Soçidə baş tutan üçtərəfli görüşü şərh edərkən deyib.

Politoloq Soçi görüşünün hansı məqsədlərə xidmət etməsinə də münasibət bildirib: “Rusiyanın bu mərhələdə əsas məqsədi prosesə nəzarətini saxlamaq və Qərbin vasitəçiliyi ilə sülh müqaviləsi imzalanmasına imkan verməməkdən ibarətdir. Bunun üçün Nikol Paşinyana Putin səviyyəsində (Valdayda), İlham Əliyevə isə böyük Xankəndi mitinqi ilə mesaj verildi. Soçi görüşü də tamamilə həmin məqsədə xidmət edirdi. İki liderin bu mesajları nə dərəcədə ciddiyə aldığını önümüzdəki həftələrdə görəcəyik. Qərbin mövqeyi də şübhəsiz ki, bu məsələyə öz təsirini göstərəcək”.

Editor

Related Posts