Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb – FOTO

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb – FOTO

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitənin pilotsuz uçuş aparatı vasitəsilə (PUA) İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.

Keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində hava məkanımıza qanunsuz daxil olan kiçik ölçülü PUA vaxtında aşkarlanaraq zərərsizləşdirilib.

Hadisə yerinə baxış zamanı ümumi çəkisi 543 qram narkotik vasitə (8 qram tiryək; 535 qram marixuana) götürülmüşdür.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Editor

Related Posts