İşğaldan azad edilmiş ərazilərdə mal-qara saxlamağa icazə verilməməsi ilə bağlı yayılan fikirlərə aydınlıq gətirilib.
Birinci24 informasiya agentliyi xəbər verir ki, məsələ ilə bağlı Oxu.az-ın sorğusuna cavab olaraq Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı bildirib ki, azad edilmiş ərazilərə köçən keçmiş məcburi köçkünlərə öz həyətyanı sahələrində ev heyvanları saxlamağa icazə verilir:
“Kəndlərdə keçmiş məcburi köçkünlər öz həyətyanı sahələrində ev heyvanları saxlayırlar. Xocalının Ballıca, Ağdərənin Həsənriz kəndində bunun şahidi ola bilərsiniz. Sadəcə, şəhərlərdə, məsələn, Xocalı şəhərində ev heyvanlarının saxlanmasına icazə verilmir”.