Polisin keçirdiyi əməliyyatlarda saxlanılan daha iki tiktokerin həbs müddəti uzadılıb, iki nəfər isə ev dustaqlığına buraxılıb.
Birinci24 informasiya agentliyi xəbər verir ki, tiktokerlər Nurdan Yusifova, Duanna Quliyeva ev dustaqlığına buraxılıblar.

“Tosu” ləqəbli Məhərrəm Həsənovun həbs qətimkan tədbiri üç ay müddətinə uzadılıb.
“Toma” ləqəbli tiktoker Tamilla Mehdiyevanın həbs müddəti isə hakim Xalidə Əlisoyun sədrliyi ilə keçirilən prosesdə bir ay artırılıb.
Hər dörd təqdimata Binəqədi rayon Məhkəməsi tərəfindən baxılıb.
Qeyd edək ki ötən ilin dekabrında saxlanılan “Toma” ləqəbli tiktokerə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülmüşdü və o Məhkəmənin qərarı ilə barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi.
Polis tərəfindən “TikTok” əməliyyatlarında saxlanılan “Vaqa” ləqəbli tiktoker Vüqar Zeynalovun həbs müddəti uzadılıb.
Birinci24 informasiya agentliyi Lent.az-a istinadən xəbər verir ki, bu barədə qərar Bakı şəhər Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə elan edilib.
Belə ki, hakim Xalidə Əlisoyun sədrliyi ilə keçirilən prosesdə tiktokerin həbs müddəti bir ay uzadılıb.
Qeyd edək ki ötən ilin dekabrında saxlanılan “Vaqa” ləqəbli tiktokerə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülmüşdü və o Məhkəmənin qərarı ilə barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi.

Polis tərəfindən “TikTok” əməliyyatlarında saxlanılan “Magerramoff” ləqəbli tiktoker Əmrah Məhərrəmovun həbs müddəti uzadılıb.
Birinci24 informasiya agentliyi Lent.az-a istinadən xəbər verir ki, bu barədə qərar Bakı şəhər Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə elan edilib.
Belə ki, hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə tiktokerin həbs müddəti iki ay uzadılıb.
Qeyd edək ki ötən ilin dekabrında saxlanılan “Magerramoff” ləqəbli tiktokerə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülmüşdü və o Məhkəmənin qərarı ilə barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi.

Polis tərəfindən “TikTok” əməliyyatlarında saxlanılan “Xozeyn” ləqəbli tiktoker Vüqar Kərimovun həbs müddəti uzadılıb.
Birinci24 informasiya agentliyi Lent.az-a istinadən xəbər verir ki, bu barədə qərar Bakı Şəhər Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə elan edilib.
Belə ki, hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə tiktokerin həbs müddəti iki ay uzadılıb.

Qeyd edək ki ötən ilin dekabrında saxlanılan Vüqar Kərimova qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülmüşdü və o məhkəmənin qərarı ilə barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi.