İtaliya hökuməti Papa I Fransiskin vəfatı ilə əlaqədar beş günlük matəm elan edib.
Birinci24 informasiya agentliyi “The Guardian” qəzetinə istinadla xəbər verir ki, bu barədə qərar nazirlərin bu gün səhər keçirilən iclasında qəbul edilib.
Matəm dəfn günü olan şənbə gününə qədər davam edəcək.
Qeyd edək ki, bundan əvvəl Livanda Papanın vəfatı ilə əlaqədar üç günlük matəm elan edilib.
Xatırladaq ki, 88 yaşlı Papa Fransisk aprelin 21-də səhər yerli vaxtla saat 7:35-də Vatikandakı evində dünyasını dəyişib. Rəsmi məlumatlara görə, papanın ölümünə səbəb insult olub.