“Sərnişin-maşinist” rabitəsindən istifadə edərək, həmin rabitədən lüzumsuz olaraq istifadə etməyin cəriməsini soruşan qadının 200 manat cərimələndiyi bildirilir.
Birinci24 informasiya agentliyi xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlarda xanım sərnişin rabitədən bir neçə dəfə istifadə edərək maşinistə suallar ünvanlayıb.
O, maşinistdən rabitə düyməsindən gərəksiz yerə istifadə etdiyi üçün onu hansı cəzanın gözlədiyini də soruşub.
Qeyd edək ki, Bakı Metropolitenində qadağan olunan hərəkətlər siyahısında “sərnişin-maşinist” rabitəsindən lüzumsuz olaraq istifadə etmək də var.