Today Çərşənbə, 23rd Aprel 2025
Birinci 24

Birinci 24

İpoteka və Kredit Zəmanət Fondunun satdığı “kirayə mənzil”lər bahadır

İpoteka və Kredit Zəmanət Fondunun satdığı “kirayə mənzil”lər bahadır

İpoteka və Kredit Zəmanət Fondunun satdığı “kirayə mənzil”in aylıq ödənişi 954 manatdan başlayır.

Bu ödənişlə 60-65 kvadratmetrlik mənzil almaq mümkündür. İqtisadçı Toğrul Maşallı deyir ki, aylıq 954 manat ödəyə bilən şəxsin ortalama gəliri 2 min manat olmalıdır. Bu isə heç də aşağı gəlirli şəxs demək deyil.

Fondun “kirayə evlər” mexanizmi gəliri aşağı olan şəxslər üçün fürsət yaratmalı idi ki, onlar da mənzil sahibi olsun. “Amma belə görünür ki, dövlət aşağı gəlir şəxslər üçün yox, orta və yüksək gəlirli insanlar üçün mənzil alma şəraiti yaradır”.

Editor

Related Posts