Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Serbiya ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib 

Serbiya ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib 

Serbiya Silahlı Qüvvələri Kosovodakı vəziyyətlə əlaqədar yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. 

Bu barədə Serbiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, bu barədə ölkə prezidenti Aleksandr Vuçiç müvafiq sərəncam verib.

Serbiyanın müdafiə naziri Miloş Vuçeviçin sözlərinə görə, Serbiya nömrələrinə qoyulan qadağanın qüvvəyə minməsi ilə əlaqədar Kosovoda vəziyyət gərgindir. O əlavə edib ki, ordu istənilən tapşırığı yerinə yetirməyə hazırdır.

Noyabrın 1-dən Kosovoda Serbiya qeydiyyatında olan avtomobil nömrələrinə qoyulan qadağa qüvvəyə minib. Kosovo hakimiyyəti avtomobil nömrələrini dəyişdirməyə vaxt tapmayanları 150 avro cərimələyəcək. 21 aprel 2023-cü ilə qədər keçid dövrü olacaq, bundan sonra Kosovo hakimiyyəti Serb nömrəli avtomobilləri müsadirə etməyə başlayacaq. İlkin olaraq qadağa avqustun 1-dən qüvvəyə minməli idi, lakin bölgədə vəziyyətin gərginləşməsi ilə əlaqədar təxirə salınıb.

Editor

Related Posts