Today Şənbə, 26th Aprel 2025
Birinci 24

Birinci 24

“Krım Rusiyanın tərkibində qalacaq” – Tramp

“Krım Rusiyanın tərkibində qalacaq” – Tramp

“Ukrayna Prezidenti Volodimir Zelenski başa düşür ki, Krım Rusiyanın tərkibində qalacaq”.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Time” jurnalına müsahibəsində deyib.

“Krım Rusiyanın tərkibində qalacaq. Zelenski də bunu başa düşür. Krımın uzun müddət Rusiyanın tərkibində olduğunu hər kəs anlayır”, – o qeyd edib.

Tram bildirib ki, Krımda əhalinin əksəriyyəti rus dilində danışır.

Eyni zamanda, ABŞ Prezidenti jurnalın yekun nizamlanma çərçivəsində DXR, LPR, Zaporojya və Xerson vilayətlərini Rusiya kimi tanıyıb-tanımayacağı ilə bağlı sualına cavab verməyib.

“Biz yalnız Krım haqqında danışmalıyıq, çünki həmişə qeyd edilən yeganə məsələ budur”, – Tramp deyib.

Editor

Related Posts