Prezident İlham Əliyev və bir sıra ölkə liderləri Ağdamda Qarabağ atlarının Zəfər şousunu izləyiblər

Prezident İlham Əliyev və bir sıra ölkə liderləri Ağdamda Qarabağ atlarının Zəfər şousunu izləyiblər

İyulun 3-də Prezident İlham Əliyev və Azərbaycanda səfərdə olan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin dövlət və hökumət başçıları Ağdam şəhərində yerləşən İmarət Kompleksində təşkil olunmuş Qarabağ atlarının Zəfər şousunu izləyiblər.

Təntənəli mərasim zamanı atlılar musiqi sədaları altında, əllərində ECO-ya üzv ölkələrin bayraqları ilə meydana daxil olaraq fasiləsiz dövrə vurublar və tədbir iştirakçılarını salamlayıblar. Ardınca səhnəyə çıxan rəqqaslar Azərbaycan milli rəqslərini ifa ediblər.

Tədbirdə iştirak edən dövlət və hökumət başçıları Azərbaycanın mədəniyyətini, incəsənətini və milli dəyərlərini daha yaxından tanımaq imkanı əldə ediblər.

Qeyd edək ki, bu tədbir iyulun 4-də Xankəndidə keçiriləcək ECO-nun 17-ci Zirvə görüşü çərçivəsində baş tutub. Zəfər şousu həm də Qarabağın zəngin mədəni irsinin və Azərbaycanın multikultural dəyərlərinin nümayişi baxımından xüsusi əhəmiyyət daşıyır.

Editor

Related Posts