Today Bazar ertəsi, 12th May 2025
Birinci 24

Birinci 24

“Göyçayda əksər küçələri zibil və pis qoxu bürüyüb”

“Göyçayda əksər küçələri zibil və pis qoxu bürüyüb”

Göyçay sakini Əliyev Cavid Nüsrət oğlu rayonda antisanitariya vəziyyətinin hökm sürdüyünü iddia edir.

Birinci24 informasiya agentliyi xəbər verir ki, Cavid Əliyevin sözlərinə görə, rayon mərkəzində əksər küçələri zibil və pis qoxu bürüyüb.

“Göyçay rayonu bərbad günə düşüb. Mərkəzi bir-iki küçəni üzdən təmizləyib gözdən pərdə assalar da, əksər küçələri zibil və pis qoxu bürüyüb. Kanalizasiya lüklərinin qapağı olmadığına görə açıq vəziyyətdə qalıb, səkilər və asfalt örtüyü dağılıb yararsız vəziyyətə düşüb. Küçələrin çoxunda qutular olmadığı üçün, zibili yerə, ağacların dibinə tökürlər. Zibil vaxtlı-vaxtında təmizlənmədiyi üçün günlərlə, hətta həftələrlə qalıb dəhşətli antisanitar vəziyyət yaradır. Küçələrin çoxunda işıqlandırma olmadığı üçün gecələr zülmət qaranlıq olur. Küçə itləri insanlara hücum edib təhlükə yaradır”,- sakin qeyd edib.

C.Əliyev, həmçinin sözügedən iddialarını əsaslandıran fotoları da redaksiyamıza təqdim edib.

Editor

Related Posts