Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 49 milyon 73 min 300 manat vəsait yönəldilib.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, bu, bir il öncəki göstəricidən 34,5 % çoxdur.
Məlumata görə, əsas kapitala vəsait qoyuluşunun 31 milyon 917 min manatı və ya 65 %-i tikinti-quraşdırma işlərinin payına düşüb ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,5 % çoxdur.