İstanbulda keçirilən Rusiya və Ukrayna arasında danışıqlar başa çatıb.
Birinci24 informasiya agentliyi TASS-a istinadən xəbər verir ki, nümayəndə heyətləri otağı tərk edib.
Bildirilib ki, hazırda mətbuata açıqlamalar hazırlanır.
Qeyd edək ki, 2022-ci ilin əvvəlindən ilk dəfə İstanbulda birbaşa Rusiya-Ukrayna danışıqları bərpa edilib.
“Reuters” agentliyinin məlumatına görə, Kiyevin gündəmə gətirmək niyyətində olduğu əsas məsələ dərhal atəşkəsdir. Bildirilib ki, gündəliyə Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında mümkün təmasların müzakirəsi də daxildir.
***08:57
Bu gün, mayın 16-da İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar başlayacaq.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Ukraynanın İctimai Televiziya və “Ukrayna Pravda” nəşri məlumatlı mənbələrə istinadən yazıb.
Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinski mayın 15-nə keçən gecə İstanbulda jurnalistlərə bildirib ki, Ukrayna nümayəndə heyəti mayın 16-da səhər saat ondan gözləniləcək.
Mayın 15-də Ukrayna Prezidenti Volodimir Zelenski müdafiə naziri Rustem Umerovu Ukrayna nümayəndə heyətinin rəhbəri təyin edib.
Ukrayna Prezidenti Rusiya Prezidenti ilə görüşmək üçün mayın 15-də Ankaraya gəlib. Vladimir Putin imtina edib.
Qeyd edək ki, Zelenski Putinlə Türkiyədə görüş tələb edib. Putin Türkiyəyə səfər etməyib.
Mayın 15-də Zelenski Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparıb. Ukrayna Prezidenti artıq Türkiyəni tərk edib.
Bu gün, mayın 16-da ABŞ dövlət katibi Marko Rubionun İstanbulda Türkiyənin xarici işlər naziri Hakan Fidan və Ukrayna nümayəndə heyəti ilə görüşü nəzərdə tutulub.