Today Bazar ertəsi, 9th İyun 2025
Birinci 24

Birinci 24

Naxçıvanda Ailə Sağlamlıq mərkəzlərinin tibb heyəti üçün maarifləndirici təlim keçirilib

Naxçıvanda Ailə Sağlamlıq mərkəzlərinin tibb heyəti üçün maarifləndirici təlim keçirilib

Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi tərəfindən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq səhiyyə sistemində aparılan islahatlar çərçivəsində Ailə Sağlamlıq mərkəzlərində çalışan tibbi heyət üçün növbəti maarifləndirici təlim təşkil olunub.

Birinci24 informasiya agentliyi xəbər verir ki, təlimin əsas məqsədi imtiyazlı dərman preparatlarının paylanması ilə bağlı qanunvericiliyin tələbləri, vətəndaşlarla ünsiyyət mədəniyyəti və bu sahədə tibbi personalın peşəkar bilik və bacarıqlarının artırılması olub. Tədbir zamanı iştirakçılara mövzu ilə bağlı geniş məlumat verilib, praktiki nümunələr əsasında mövcud hüquqi çərçivə izah edilib.

Həkim-endokrinoloq Aysel Dünyamalıyeva təlimdə imtiyazlı dərman vasitələrinin düzgün və şəffaf şəkildə paylanması qaydaları, eləcə də pasiyentlərlə səmərəli ünsiyyətin qurulması istiqamətində vacib tövsiyələr verib.

Maarifləndirici tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Editor

Related Posts