Müğənni Xuraman Şuşalı sərt açıqlamalar verib.
Birinci24 informasiya agentliyi xəbər verir ki, ifaçı onu qalmaqal bataqlığına sürükləyənlərə od püskürüb.
Sənətçi onun adını şifarişli qalmaqalda hallandıranları Allaha həvalə edib:
“Allah hər şeyi görür, qəlblərdən agahdır. Haqsızlığı götürə bilmirəm. İnsandan belə istifadə edib, oynamayın. Damla-damla topladığımı məhv etməyin. Bir başlıqla karyerama ziyan vurursan. Bu qədər vacibdir sənə belə çörək yemək? O çörək sənə zəhər olsun. Necə yeyəcəksən? Onun halallığını məndən almalısan.
İki gündür əsəbdən özümə gələ bilmirəm. Bir də mənə bu barədə suallar verilməsin”.
Xatırladaq ki, Xuraman qonaq olduğu efirlərin birində həmkarı Şəbnəm Tovuzlu ilə müqayisə olunmasına etiraz etmişdi.