Azərbaycan və İran Qarabağda birgə hərbi təlim keçirir

Azərbaycan və İran Qarabağda birgə hərbi təlim keçirir

Azərbaycan və İran hərbi qulluqçuları Qarabağda birgə hərbi təlimlər keçirir. 

Mayın 19-dan 21-ə qədər “Araz-2025” adı altında baş tutacaq təlimlərin konkret yeri bildirilməyib. Lakin çəkilən fotolardan açılış mərasiminin Hadrutda baş tutduğunu demək olar. 

“Təlim ölkələrimiz və onların Silahlı Qüvvələri arasında qarşılıqlı etimadın artırılmasına xidmət edir”, – Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında belə deyilir.

“Tehran Times” saytı təlimdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarından xüsusi qüvvələrin iştirak etdiyini yazıb. 

Sayt bildirir ki, SEPAH-ın Quru Qoşunlarının komandir müavini və təlim rəhbəri general Vəli Mədani təlimi “ortaq sərhədlərin təhlükəsizliyinin möhkəmləndirilməsi və mümkün təhdidlərin qarşısının alınması istiqamətində mühüm addım” adlandırıb. 

Azərbaycan və İran orduları ötən ilin mayında və noyabrında da oxşar birgə təlimlər keçiriblər.

Editor

Related Posts