Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“TikTok”dan oyun sevənlərə sürpriz yenilik

“TikTok”dan oyun sevənlərə sürpriz yenilik

Başda “Meta” olmaqla bir çox sosial media nəhənginin özünə ən böyük rəqib olaraq gördüyü “TikTok” günü-gündən artan istifadəçi sayını müxtəlif yollarla dəyərləndirməyə çalışır.

İlin əvvəlində elektron ticarət dünyasına qədəm qoyan platformanın rəhbərləri gələcəkdə daha geniş bazarlara çıxmağı planlaşdırır.

Şirkətin bundan sonrakı ən böyük hədəflərindən biri iddialara görə, oyun sənayesi ilə bağlıdır. Blə ki, iddialara görə, son güncəlləmıdən sonra “TikTok”un ana səhifəsində “Oyun” adlı başqa bir menyu görünəcək. Bu menyuya daxil olan istifadəçilər bir çox mobil oyunla qarşılaşacaqlar. Bu oyunların bəziləri “TikTok” tərəfindən hazırlanacaq, bəziləri isə böyük istifadəçi kütləsinə xitab edən oyunlar olacaq.

Şirkətin ilkin mərhələdə bu sahəyə milyardlarla dollar sərmayə qoymaq əvəzinə daha sakit və ehtiyatlı addımlar atacağı gözlənilir.

Editor

Related Posts