Şuşada Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan növbəti “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başa çatıb.
Birinci24 informasiya agentliyi xəbər verir ki, dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümünə həsr olunan builki festivalda səhnəyə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin incəsənət xadimləri çıxıb.
Qeyd edək ki, Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” Musiqi Festivalı 1989-cu ildən keçirilir. Qarabağ münaqişəsi dövründə əsas konsertlər Ağdam, Bərdə və Ağcabədidə təşkil edilib. Vətən müharibəsindəki tarixi zəfərimizdən sonra festival yenidən Şuşada keçirilir.