Bakıda vaqona qraffiti çəkən fransız əfv edilib

Bakıda vaqona qraffiti çəkən fransız əfv edilib

Mayın 26-da Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. 

200-dən çox şəxsə şamil olunan sərəncamda hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı şəxslərin adına rast gəlinməyib. 

Siyahıda 39 yaşlı Fransa vətəndaşı, Bakı metrosunda vaqonun üzərinə qraffiti çəkdiyinə görə həbs olunan Klerk Teo Hüqonun olması diqqət çəkib. 

Hüqo 2024-cü ilin martında Avstraliya və Yeni Zelandiyadan olan qraffiti rəssamları ilə birgə metro deposuna daxil olaraq vaqonlardan birinin üzərinə qraffiti çəkib. 

Onlar inzibati qaydada cərimə ödəsələr də, sonradan rəssamlara qarşı xuliqanlıq və əmlaka zərər vermə maddələri ilə cinayət işi açılıb. Ötən ilin sentyabrında Nərimanov rayon Məhkəməsində Hüqoya 3 illik hökm oxunub, digərlərinə isə 6,800 manat cərimə kəsilib. 

Hüqo vəkili vasitəsilə əməlində xuliqanlıq niyyəti olmadığını, Azərbaycanla Fransa arasında gərginləşən münasibətlərə görə həbs olunduğunu deyirdi. 

Hüqoya görə Fransa Xarici İşlər Nazirliyi də açıqlama vermiş, onun həbsini “əsassız və açıq-aşkar ayrı-seçkilik göstərən münasibət” adlandırmışdı.

Editor

Related Posts