“HƏMAS Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun Qəzza zolağında atəşkəs təklifi ilə razılaşıb”.
Birinci24 informasiya agentliyi xəbər verir ki, “Reuters” bu barədə qruplaşmaya yaxın olan fələstinli rəsmiyə istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, Uiitkoffun təklifi on israilli girovun azad edilməsini (onlar iki qrupda azad ediləcək) və 70 günlük atəşkəs rejimini, həmçinin İsrail qoşunlarının zolaqdan qismən çıxarılmasını nəzərdə tutur. İsrail fələstinli məhbusları azad etməklə cavab verməlidir.
Qeyd edilib ki, HƏMAS bu təklifi vasitəçilər vasitəsilə alıb. İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi hələlik qruplaşmanın razılığını şərh etməyib.
“Axios”un müxbiri Barak Ravid xəbər verir ki, onunla söhbətində Uitkoff HƏMAS-ın razılıq ifadəsini təkzib edib.