Əfqanıstanın Hilmənd əyalətində Pakistan hərbçiləri ilə Taliban arasında silahlı toqquşma baş verib.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Bildirilib ki, münaqişə Pakistanda nəzarət-buraxılış məntəqəsinin tikintisi fonunda yaranıb. Digər təfərrüatlar verilməyib.
Xatırladaq ki, Hindistan-Pakistan münasibətləri aprelin 22-də Pahalqamda (Hindistan birliyinin Cammu və Kəşmir ərazisi) terror aktından sonra pisləşib. Mayın 7-nə keçən gecə Hindistan Silahlı Qüvvələri Pakistan və Pakistanın nəzarətində olan Kəşmirdə terrorçularla əlaqəli doqquz hədəfi vuraraq “Sindur” əməliyyatına başlayıb. Pakistan cavab zərbəsi endirib. Mayın 10-da tərəflər atəşkəs barədə razılığa gəlib və sərhəddə qoşunların sayının azaldılması imkanlarını nəzərdən keçiriblər.