Quru sərhədlər açılır? – Deputatdan açıqlama

Quru sərhədlər açılır? – Deputatdan açıqlama

İyunun 1-də COVID-19 ilə bağlı məhdudiyyətlərin bitməsi quru sərhədlərinin açılması ilə bağlı suallar yaradıb. Vətəndaşlar sərhədlərin nə zaman açılacağı ilə maraqlanır, lakin hələlik bununla bağlı rəsmi açıqlama verilməyib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, Millət Vəkili Razi Nurullayev quru sərhədlərinin açılmasını istədiyini və bunun vacibliyini vurğulayıb:

“Ümid edirəm ki, quru sərhədləri vasitəsilə gələn təhlükələrin qarşısını hüquq-mühafizə orqanları qətiyyətlə ala bilər. Bunun üçün dövlətimizin bütün imkanları mövcuddur”.

R.Nurullayev qeyd edib ki, bu gün Azərbaycan kovid pandemiyasından sonra sərhədlərini bağlı saxlayan yeganə ölkədir:

“Quru sərhədlər vasitəsilə az qala 700-800 min adam dolanışığını təşkil edirdi. Ümid edirəm ki, hökumət də bunu bilir və quru sərhədlərin açılması üçün lazimi tədbirləri görəcək”.

Editor

Related Posts