Naxçıvanın “Möminə Xatun” komandası 16 yaşadək qız voleybolçuların Azərbaycan çempionatının qalibi oldu

Naxçıvanın “Möminə Xatun” komandası 16 yaşadək qız voleybolçuların Azərbaycan çempionatının qalibi oldu

Birinci24 informasiya agentliyi xəbər verir ki, 16 yaşadək qız voleybolçuların Azərbaycan çempionatının qalibi Naxçıvanın “Möminə Xatun” komandası olub.

Finalda “Azerrail” komandası ilə qarşılaşan təmsilçimiz gərgin keçən oyunda əzmkar qələbə qazanıb. 1-ci seti qalib başa vuran komandamız hesabda 2:1 geriyə düşdüyü oyunu tay-brekdə çevirərək 3-2 qalib gəlib və voleybol tarixində ilk dəfə Naxçıvan komandası ölkə çempionu olub.

Editor

Related Posts