Today Cümə, 25th İyul 2025
Birinci 24

Birinci 24

Baş Prokurorluq xaricdəki blogerlər haqda həbsli axtarış qərarı verib

Baş Prokurorluq xaricdəki blogerlər haqda həbsli axtarış qərarı verib

Baş Prokurorluq mart-aprel aylarında istintaq üçün çağırdığı, ölkə xaricində yaşayan blogerlər haqqında qiyabi həbs qərarı çıxarıb. 

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu haqda “Azadlıq Radiosu” məlumat verib.

Bildirilir ki, mayın 31-də Binəqədi rayon Məhkəməsində prokurorluq xaricdəki bloqerlər Tural Sadıqlı, Orduxan Bəbirov və Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev haqqında təqdimat verib. 

Orduxan Temirxan kimi tanınan Bəbirov kütləvi iğtişaşlara çağırışda, Sadıqlı isə bu maddədən əlavə dələduzluq və saxta sənəd hazırlamada ittiham olunur. 

Onlar ittihamları rədd edirlər.

Editor

Related Posts