Birinci24 informasiya agentliyi xəbər verir ki, bu gündən etibarən “AJet” şirkəti həftədə iki dəfə olmaqla (çərşənbə axşamı və şənbə) İstanbul-Naxçıvan reysi üzrə uçuşlara başlayıb.
Bakı vaxtı ilə saat 05.55-də İstanbuldakı Sabiha Gökçen hava limanından səmaya qalxan “AJet” şirkətinin təyyarəsi 09:05-də Naxçıvan hava limanına eniş edib.
Qeyd edək ki, bu günə qədər Naxçıvan-İstanbul-Naxçıvan reyslərini “Türk Hava Yolları” həyata keçirirdi və biletlər 300-600 manat arasında dəyişirdi. “AJet” şirkəti reysləri təşkil edəndən sonra ilkin qiymətlər 119.86 AZN-dən (49 USD/EUR) başlayıb.