“İstiliklə bağlı tariflər real qiymətdən 13 dəfə aşağıdır” – “Azərenerji” rəsmisi

“İstiliklə bağlı tariflər real qiymətdən 13 dəfə aşağıdır” – “Azərenerji” rəsmisi

“Hazırkı tariflər real qiymətdən 13 dəfəyə qədər aşağıdır”.

Birinci24 informasiya agentliyi APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi tərəfindən təşkil edilən “İstilik təchizatı haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai dinləmədə “Azərenerji” ASC-nin Texniki-istehsalat idarəsinin rəisi Vaqif Tağıyev deyib.

O bildirib ki, hazırda Tarif Şurasının qərarı ilə istilik təchizatı ilə əlaqədar 1 kv metr üçün 30 qəpik tarif müəyyən edilib, mövcud tariflərə əsasən “Azəristiliktəchizat” ASC-yə istilik enerjisinin topdansatışı isə 3 manatdır:

“Normativlərdə evlərin sahəsində də fərqlər var. “Xruşşovka”larla yeni tikililər arasında 3 dəfəyə qədər fərq var. Elektrik enerjisinin miqdarına uyğun olaraq, 1 aylıq istilik enerjisinin dəyəri 24-80 qəpik arasındadır. Amma hazırda tariflə 30 qəpik təyin olunub. Hazırkı tariflər real qiymətdən 4-13 dəfə aşağıdır. Hazırda həm elektrik, həm istilik enerjisi sosial tarifdir”.

Editor

Related Posts