Sabirabadda faciəvi yanğın – 4 nəfər öldü

Sabirabadda faciəvi yanğın – 4 nəfər öldü

Fövqəladə Hallar Nazirliyinin qaynar telefon xəttinə Sabirabad rayonunun Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın olması barədə ilkin məlumat daxil olub.

Birinci24 informasiya agentliyi Nazirliyin yaydığı məlumata istinadla xəbər verir ki, bundan sonra müvafiq xilasetmə qüvvələri yanğın yerinə cəlb olunublar.

“İlkin məlumata əsasən, yanğın ikimərtəbəli fərdi yaşayış evində baş verib. Yanğının kəşfiyyatı zamanı 4 nəfərin meyiti aşkar olunub.

Yanğın söndürülüb, ətrafda olan tikililər yanğından mühafizə olunub.

Əlavə məlumat veriləcək”, – məlumatda deyilir.

Editor

Related Posts