Azərbaycan MN: Yayılan məlumatlar araşdırılır
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti “News.am”a məlumat verib.
“Tex kəndinin sakinləri Karen Armenoviç Canqiryan (27.06.2007) və Andrey Armenoviç Qyaqunts (13.01.2008) 2025-ci il iyunun 6-da təxminən saat 01:20 radələrində Sünikin Aravus kəndi ilə həmsərhəd ərazidə azaraq Azərbaycanın ərazisinə keçiblər”, – məlumatda qeyd edilir.
Həmçinin əlavə olunub ki, vətəndaşların yerinin müəyyən edilməsi və onların təhlükəsiz şəkildə geri qaytarılması üçün tədbirlər görülür.
Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib ki, Ermənistan tərəfindən iki azyaşlının azaraq Azərbaycan ərazisinə keçməsi barədə yayılan məlumatlar araşdırılır.