Ticarət mərkəzlərində parklanma qiymətləri artırılıb

Ticarət mərkəzlərində parklanma qiymətləri artırılıb

Bakıda ticarət mərkəzlərinə məxsus dayanacaqlarda parklanma qiymətləri 1 manatdan 2 manata qaldırılıb.

Bir neçə ticarət mərkəzinin nümayəndələri bildiriblər ki, “Baş ofisin qərarı ilə qiymət dəyişikliyi” olub.

Səbəb isə göstərilməyib. “Gənclik Mall”dan qiymətlər artıq bir neçə gündür ki, artırılıb.

Yeni tariflərə əsasən:

1 saat – 2 AZN
1-2 saat – 3 AZN
2-3 saat – 5 AZN
3-5 saat – 7 AZN
5-7 saat – 10 AZN
7-24 saat – 20 AZN-dir.

“28 Mall”dan Meydan TV-yə bildirilib ki, onlarda da qiymət artımı olub:

İlk 15 dəqiqə – pulsuz
1 saat – 2 AZN
2 saat – 3 AZN
3 saat – 6 AZN
3-5 saat – 8 AZN
5-7 saat – 12 AZN
7-24 saat – 20 AZN

“Dəniz Mall”da ilk 15 dəqiqə ödənişsizdir:

1 saat – 2 AZN
1-2 saata qədər – 3 AZN
2-3 saat – 5 AZN
5-7 saat – 10 AZN
7-10 saat – 14 AZN
10-24 saat – 20 AZN

Qiymət artımı qərarları ticarət mərkəzlərinin Baş ofis və ya idarə heyəti tərəfindən müəyyən edilir.

Dövlət qurumlarının bu tariflərə birbaşa müdaxiləsi yoxdur.

Editor

Related Posts