Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu 2007-ci il təvəllüdlü Rasim Raməddin oğlu Həsənli dəfn olunub.
Birinci24 informasiya agentliyi xəbər verir ki, mərhum doğulduğu Biləsuvarın Xırmandalı kəndində torpağa tapşırılıb.
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Rasim Raməddin oğlu Həsənli dünən xəstəliyi ilə əlaqədar müalicə olunduğu tibb müəssisəsində vəfat edib.