Today Cümə, 13th İyun 2025
Birinci 24

Birinci 24

ABŞ-İran danışıqlarının yeni mərhələsi bu tarixlərdə baş tuta bilər

ABŞ-İran danışıqlarının yeni mərhələsi bu tarixlərdə baş tuta bilər

Tehranın nüvə fəaliyyətləri ilə bağlı ABŞ və İran arasında danışıqların növbəti mərhələsi iyunun 13-də Osloda və ya iyunun 15-də Maskatda keçiriləcək.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə “X”də “Axios”un müxbiri Barak Ravid ABŞ rəsmisinə istinadla məlumat yayıb.

“ABŞ rəsmisi mənə dedi ki, ABŞ-İran nüvə danışıqlarının altıncı raundu ya cümə günü Osloda, ya da bazar günü Maskatda baş tutacaq”, – Ravid bildirib.

ABŞ Prezidenti Donald Tramp isə öz növbəsində İranla danışıqların yeni mərhələsinin cümə axşamı, iyunun 12-də baş tutacağını bildirib.

Onun sözlərinə görə, Vaşinqton Tehranın öz ərazisində uranın zənginləşdirilməsindən imtina etməsində israrlıdır, lakin İran hakimiyyəti bununla razılaşmır.

Qeyd edək ki, İran və ABŞ nümayəndələri İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını aradan qaldırmaq üçün mayın 23-də Romada danışıqların beşinci mərhələsini keçiriblər. Tərəflər arasında vasitəçilik edən Omanın xarici işlər naziri Bədr əl-Busaidi bəzi irəliləyişlərin əldə edildiyini bildirib.

Digər tərəfdən, iyunun 1-də Ağ Ev ABŞ prezidentinin elçisi Stiven Uitkofun İran hakimiyyətinə Tehranın nüvə proqramı ilə bağlı ətraflı və məqbul təklif göndərdiyini açıqlayıb. “Axios” portalının məlumatına görə, bu, İranın sonradan müəyyən ediləcək bir müddət ərzində uranı aşağı səviyyəyə qədər zənginləşdirməyə davam edə biləcəyini nəzərdə tutur.

Editor

Related Posts