Today Cümə axşamı, 12th İyun 2025
Birinci 24

Birinci 24

Azərbaycanın 40 ədəd JF-17 qırıcısı alması təsdiqləndi – Rəsmi

Azərbaycanın 40 ədəd JF-17 qırıcısı alması təsdiqləndi – Rəsmi

Azərbaycan Pakistandan 40 ədəd JF-17C “Thunder” Block III qırıcısı alır.

Birinci24 informasiya agentliyi xəbər verir ki, Pakistan hökuməti sözügedən məlumat rəsmi olaraq təsdiqləyib.

Pakistan tərəfi bu satışın dəyərinin 4.6 milyard ABŞ dolları təşkil etdiyini və müvafiq müdafiə sazişinin imzalandığını bildirib.

Xatırladaq ki, ötən ayın sonlarında xarici KİV-lərdə Azərbaycanın Pakistandan 16 ədəd JF-17 “Thunder” döyüş təyyarəsi alınması ilə bağlı sifarişini 40 ədədə qədər artırdığına dair məlumatlar yayılmış və dəyərinin 4.2 milyard dollar olduğu qeyd edilmişdi. Ancaq həmin vaxt tərəflər bunu rəsmi şəkildə təsdiqləməmişdilər.

Editor

Related Posts