“Moskva və Kiyev arasında əsir mübadiləsi çərçivəsində Rusiya hərbçilərinin ikinci qrupu Ukraynadan qayıdıb”.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Ukrayna Silahlı Qüvvələrinin bir qrup hərbi əsiri təhvil verilib. Hazırda Rusiya hərbçiləri Belarus Respublikası ərazisindədirlər və onlara lazımi psixoloji və tibbi yardım göstərilir”, – hərbi idarədən bildirilib.
Mübadilədə hər iki tərəfdən neçə əsgərin iştirak etdiyi dəqiqləşdirilməyib.
Həmçinin, öz növbəsində Ukrayna Prezidenti Volodimir Zelenski iyunun 10-da yaralı və ağır yaralı əsgərlərin Rusiya əsirliyindən qayıtmasının birinci mərhələsinin baş tutduğunu bildirib.
Xatırladaq ki, iyunun 2-də İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında aparılan danışıqlardan sonra irimiqyaslı əsir mübadiləsinə dair razılıq əldə edilib.Tərəflər 18-25 yaş arası ağır yaralı əsgərlərin və əsirlərin mübadiləsi, həmçinin müharibədə həlak olan 6 min əsgərin cəsədinin bir-birinə verilməsi barədə razılığa gəliblər.